KİV: “Rusiya hərbi təyyarəsi Gürcüstan üzərindən uçaraq İrəvanda enib”

  • 20:27 - 18 Mart

Gürcüstanın hava məkanından Rusiyanın “IL-76” hərbi təyyarəsi keçib.

Avropa.info “report”a istinadən xəbər verir ki, bu barədə “Mtavari arxi” telekanalı məlumat yayıb.

Bildirilib ki, bir neçə saat öncə Moskvadan havaya qalxan təyyarə daha sonra Gürcüstan üzərindən keçib və İrəvan hava limanında eniş edib.

Telekanalın məlumatına əsasən, Gürcüstan hökumətinin Rusiya hərbi təyyarəsinin uçuşuna icazə verib-verməməsi məlum deyil.

Hava gəmisinin Ermənistana uçuş məqsədinin təfərrüatları da bilinmir.


Oxunma sayı: 2938

Oxşar yazılar