"YouTube" Rusiyada terrorizmdə ittiham olunur

  • 17:33 - 18 Mart

"Roskomnadzor" Google-dan YouTube video hostinqində Rusiya vətəndaşlarına qarşı təhdidlərin yayılmasını dayandırmağı tələb edib. 

Avropa.info “Ekomomiçeskaya pravda"ya istinadə xəbər verir ki, bu barədə qurumun məlumatında deyilir. 

"YouTube videohostinq istifadəçiləri Rusiya Federasiyası və Belarus Respublikasının dəmiryol rabitəsini dayandırmaq çağırışları ilə reklam çarxları yayımlayırlar. YouTube administrasiyasının hərəkətləri terror xarakteri daşıyır və Rusiya vətəndaşlarının həyatı və sağlamlığı üçün təhlükə yaradır", - deyə bildirilib.


Oxunma sayı: 3532

Oxşar yazılar