Rusiya hətta Xəzər dənizindən də Ukraynaya raket zərbələri endirib - Ukrayna Silahlı Qüvvələri

  • 17:27 - 18 Mart

Ukrayna hərbi qüvvələri Rusiya Federasiyasının Xəzər dənizindən atdığı raketi rekord həddə çatdırıb. Onların izinə düşmək çətindir. 

Avropa.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığının mətbuat katibi Yuri İqnat "RBC Ukrayna"ya müsahibəsində danışıb. 

"Hakimiyyətin vəzifəsi raketin uçduğu barədə xəbərdarlıq etməkdir. Biz raketlərin əksəriyyətini aşkar edirik, onların haradan buraxıldığını və uçuş istiqamətini görürük. Əgər o, məsələn, Krımdan Kiyev istiqamətində uçursa, yol boyu tədricən hava hücumu siqnalı işə salınır. Alqoritmə uyğun olaraq, onu haranı vura biləcəyini hesablayırıq. Amma strateji raketdaşıyıcılardan, hətta Xəzərdən belə buraxılışların edildiyi hallar da olub - bunu izləmək çox çətindir", -deyə İqnat bildirib. 

O qeyd edib ki, istənilən halda hava hücumu siqnalı səslənəndə insanlar öz təhlükəsizlikləri üçün bütün tədbirləri görməlidirlər. 

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Rusiya hərbi sənaye kompleksinin raket və sursat istehsal edən müəssisələri demək olar ki, bütün döyüş sursatlarının istehlakı səbəbindən gecə-gündüz iş rejiminə keçiblər.


Oxunma sayı: 2894

Oxşar yazılar