Avropa İttifaqı: Ukraynanın Avropa yolu artıq başlayıb

  • 17:18 - 18 Mart

Ukraynanın Avropa yolu artıq başlayıb. Avropa.info xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen sosial şəbəkədə Ukrayna prezidenti Vladimir Zelenski ilə videobağlantı vasitəsilə görüşü şərh edərkən yazıb. 

“Mən prezident Zelenskini Avropa İttifaqının (Aİ) davamlı dəstəyinə əmin etdim. Ukraynanın Avropa yolu artıq başlayıb”, - deyə o vurğulayıb. 

Leyenin qeyd etdiyi kimi, belə dövrlər əzm və dözümlülük tələb edir. 

O əlavə edib ki, Aİ Komissiyası da bu yolda hərəkət edəcək. 

Avropa Komissiyasının rəhbəri qeyd edib ki, o, Zelenskiyə Aİ tərəfindən əvvəllər təsdiq edilmiş 300 milyon avro həcmində makromaliyyə dəstəyinin ikinci tranşının ödəniləcəyi barədə məlumat verib.


Oxunma sayı: 2597

Oxşar yazılar