Ramiz Mehdiyev istefadan sonra İLK DƏFƏ DANIŞDI:"Rusiyadan gələn vardı, AMEA-da onunla görüşdüm" – VİDEO

  • 16:22 - 18 Mart

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev "TV Musavat"ın canlı yayınında aparıcı Sevinc Telmanqızının suallarını cavablandırıb.

Avropa.info xəbər verir ki, Ramiz Mehdiyev iki gün öncə AMEA-ya getməsi ilə bağlı məlumatı təsdiqləyib və bunun səbəbini açıqlayıb.

Ramiz Mehdiyev "TV Musavat"a bildirib ki, AMEA-ya rəhbərliyi dövründə Rusiya Elmlər Akademiyası ilə ortaq layihə hazırlanıb. Həmin layihə ilə bağlı fəaliyyəti müəyyənləşdirmək üçün Rusiya Elmlər Akademiyasının prezidenti, fizik Aleksandr Sergeyevin köməkçisi AMEA-ya gəlib və tərəflər arasında görüş keçirib. 

Aparıcının "Rusiya-Ukrayna müharibəsi ilə bağlı vəziyyəti necə şərh edərsiniz?" sualına isə Ramiz Mehdiyev belə cavab verib:

"Mən artıq siyasətlə məşğul olmuram, ona görə də belə suallara cavab verməyəcəyəm".

R.Mehdiyev sonda AMEA-nın yeni prezidenti Arif Həşimovun fəaliyyətini yüksək qiymətləndirib.


Oxunma sayı: 2762

Oxşar yazılar