Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artırdı

  • 18:39 - 18 Mart

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq, 7,5%-dən 7,75%-ə çatdırılması barədə qərar qəbul edib.

Avropa.info xəbər verir ki, bu barədə qurumdan bildirilib.

Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6%-dən 6,25%-ə, yuxarı həddi isə 9%-dən 9,25%-ə qaldırılıb.

Bu qərar bu gündən qüvvəyə minir. AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı aprelin 29-da ictimaiyyətə açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcək.


Oxunma sayı: 4841

Oxşar yazılar