Rusiya qüvvələrinin Kiyev ətrafındakı səyləri boşa çıxır - Britaniya kəşfiyyatı

  • 18:21 - 18 Mart

Rusiya qüvvələri bu həftə Ukraynada minimal inkişaf əldə edə bilib.

Avropa.info APA-ya istinadən bildirir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin hərbi kəşfiyyatının məlumatında qeyd olunub.

Bildirilib ki, Rusiyanın Ukraynanın getdikcə səndələyən işğalı logistika problemləri ilə üzləşib.

Belə ki, havada və quruda bir sıra problemlər Rusiyanın ön xətdəki qoşunlarına yanacaq və qida kimi zəruri ehtiyacların tədarükünə problem yaradır. Əlavə olunub ki, ukraynalıların fasiləsiz əks-hücumları Rusiyanı qüvvələrinin böyük hissəsini öz tədarükünün mühafizəsinə yönəltməyə məcbur edir ki, bu da onun hücum potensialını əhəmiyyətli şəkildə məhdudlaşdırır.

Kəşfiyyatın məlumatında o da qeyd olunub ki, Kiyev və Nikolayev ətrafındakı Ukrayna qoşunları hər iki şəhəri mühasirəyə almağa çalışan Rusiya qüvvələrinin səylərini boşa çıxarır. Rusiya mühasirədə qalan Xarkov, Çerniqov, Mariupol və Sumı şəhərlərinə ağır top atəşini davam etdirir.


Oxunma sayı: 2696

Oxşar yazılar