Rusiya müharibəni yalnız bu halda dayandıracaq - Putin Ərdoğanla telefon danışığında hansı şərtləri irəli sürüb? – DETALLAR

  • 15:42 - 18 Mart

Rusiya prezidenti Vladimir Putinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə Ukraynanın şərqindəki (Donbass) separatçı bölgələrin Krım kimi Rusiyaya birləşmək istəyini çatdıdrığı iddia edilib.

İddialara görə, telefon danışığı zamanı Putin Zelenski ilə üz-üzə görüşə biləcəyini də bəyan edib.

Avropa.info xəbər verir ki, BBC-nin müxbiri Con Simpsona müsahibə verən Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Putinin bəzi tələblərinin “başa düşülən” olduğunu söyləyib. 

BBC qeyd edir ki, Rusiya Ukrayna müharibəsi ilə bağlı tələblərini açıqlayıb.

Həmin şərtlər bunlardır: 

- Ukraynanın neytral statusu,
- Ukraynanın NATO-ya üzv olmaqdan imtinası,
- Ukraynanın Kremlin özü üçün yetərli hesab etdiyi səviyyəyə qədər tərksilah edilməsi,
- Ukraynada "rus dilinin mühafizəsinin təmin edilməsi",
- "Denazifikasiya" prosesinin həyata keçirilməsi. 

Putinin tələbləri arasında Ukraynanın neytrallığına zəmanət vermək, NATO-ya üzv olmayacağını elan etmək kimi maddələr də yer alır.  

Razılaşma tələbləri arasında Putinin ölkənin “nasist düşüncəsinin təmizlənməsi” adlandırdığı bənd də var. Bu maddə "Ukraynada rus dilinin istifadəsinin qorunmasını" da əhatə edir.

Lakin Simpson bu maddələr arasında daha mübahisəli tələblərin olduğunu da bildirib. Buna uyğun olaraq, Putin Ukraynanın şərqinin bir hissəsinin Rusiyaya birləşdirilməsini və Zelenskinin Krımın Rusiya ərazisi olduğunu etiraf etməsini istəyir.

İbrahim Kalın həmçinin qeyd edib ki, Putin bunları ancaq Zelenski ilə üz-üzə danışmaqla həll edə biləcəyini deyib. BBC müxbiri Simpson, Kalının bu məsələlərlə bağlı çox az təfərrüat verdiyini, yalnız bunların "Donbasın statusu ilə əlaqəli olduğunu" söylədiyini yazıb. 

"Dərin təfərrüata varmasa da, ehtimal belədir ki, Rusiya Ukrayna hökumətindən şərqdəki ərazilərindən imtina etməyi tələb edəcək. Bu, son dərəcə mübahisəli olacaq", - məqalədə deyilir.


Oxunma sayı: 6480

Oxşar yazılar