Rusiya və Belarus nümayəndələrinin Avropa Parlamentinə girişi QADAĞAN EDİLDİ – FOTO
- 17:49 - 18 Mart
Martın 18-dən etibarən Rusiya və Belarus diplomatlarına və iki ölkənin hakimiyyət nümayəndələrinə Avropa Parlamentinin binalarına giriş qadağan edilib.
Avropa.info bildirir ki, bu barədə Avropa Parlamentinin rəhbəri Roberta Metsola Tvitter hesabında məlumat verib.
Avropa Parlamentinin rəhbəri yazıb: “Demokratiya parlamentində demokratik quruluşu devirmək istəyənlərə yer yoxdur”.
Rusiya Silahlı Qüvvələrinin Ukraynaya hücumu başlayandan bəri Avropa İttifaqı Moskvaya qarşı dörd iqtisadi sanksiyalar paketi elan edib.
Rusiya hakimiyyətinin nümayəndələri, o cümlədən Rusiya prezidenti Vladimir Putin, xarici işlər naziri Sergey Lavrov, o cümlədən rusiyalı oliqarxlar və milyarderlər sanksiyalara məruz qalıb.
Aİ həmçinin Belarusa qarşı mövcud sanksiyalar rejimindən kənar maliyyə sanksiyaları elan edib.