Ərdoğan: Çanaqqala qəhrəmanlarının şücaəti əsrlərlə yaşayacaq

  • 14:51 - 18 Mart

Çanaqqala döyüşü türk xalqının qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq və igidlik dastanıdır. 

Avropa.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü Çanaqqala döyüşlərində dəniz döyüşlərində qazanılan qələbənin 107-ci ildönümünə həsr olunmuş təntənəli mərasimin iştirakçıları qarşısında çıxışı zamanı deyib. 

Prezident Çanaqqala qəhrəmanlarının şücaətinin əsrlərlə yaşayacağını vurğulayıb. 

Dövlət başçısı qeyd edib ki, 107 il əvvəl türk xalqı azadlıq mübarizəsində tarixin məcrasını dəyişib. 

“Dünyanın ən qüdrətli ordularının qüdrəti doğma torpaqlarını müdafiə edən ürəklərin fədakarlığına qarşı qırıldı”, - Türkiyə lideri bildirib. 

Ərdoğan Çanaqqaladakı qələbəni “Avropadan Asiyaya qədər yüz milyonlarla insanın ortaq nailiyyəti” adlandırıb. 

“Bu torpaqlarda təkcə Türkiyənin bütün vilayətlərindən olan qəhrəmanlar deyil, bir çox ölkədən olan qardaşlarımız yatır. Xaricdə gənclərlə keçirdiyim bütün görüşlərdə tarixi döyüş iştirakçılarının şücaətlərindən danışıram. Çanaqqalada babalarının xatirəsini ehtiramla yad etmək üçün təkcə Türkiyənin gənc sakinləri deyil, Balkan dövlətləri, Afrika ölkələrindən, Yaxın Şərqdən, Qafqazdan olan gənclər də gəlməlidirlər. Çanaqqala bir çox xalqların qardaşlığının simvoludur”, - deyə prezident bildirib. 


Oxunma sayı: 2795

Oxşar yazılar