Ucarda “Məişət zorakılığına son qoyaq” adlı tədbir keçirildi - FOTO

  • 14:46 - 18 Mart

Qadın Problemlərinin Tədqiqatları Mərkəzi Ucarda qadınlar üçün məlumatlandırma sessiyası təşkil edib. “Məişət zorakılığına son qoyaq” adlı tədbirlərin təşkili” layihəsi çərçivəsində keçirilən məlumatlandırma sessiyasında Ucar rayonundan olan 30 nəfər qadın iştirak edib.

Tədbiri giriş sözü ilə açan Ucar Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələləri şöbəsinin Baş məsləhətçisi Məlahət Hüseynova tədbirin əhalinin maaifləndirilməsi üçün əhəmiyyətindən danışıb. Məişət zorakılığının qarşısının alınması istiqamətində respublikamızda həyata keçirilən tədbirlərə toxunan M.Hüseynova məişət zorakılığına rəvac verən halların yaranma səbəbləri ilə bağlı fikirlərini iştirakçılarla bölüşüb.  

Daha sonra həyata keçirilən layihə ilə bağlı məlumat verən Qadın Problemlərinin Tədqiqatları Mərkəzi sədri Sevil Allahverdiyeva bildirib ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunur. Layihənin məqsədi regionlarda məişət zorakılığından müdafiə mexanizmləri ilə bağlı maarifləndirmə işi aparılması, qadınların hüquqi biliklərinin artırılması, ehtiyacı olanlara hüquqi yardımın göstərilməsi ilə məişət zorakılığının aradan qaldırılmasına yardım etməkdir. Tədbirin məruzəçisi Xalid Kazımov məişət zorakılığından müdafiə mexanizmləri ilə bağlı iştirakçılara məlumat verib.

İştirakçılara “Məişət zorakılığının qarşısının alınması” haqqında Qanun, zorakılıqların qarşısını almaq üçün hüquqi sosial və qabaqlayıcı tədbirləri necə təşkil edilməsi, zorakılığa yol vermiş şəxslərin müəyyən edilib məsuliyyətə cəlb edilməsi yolları və üsulları, zərərçəkmişlərin müvəqqəti sığınacaqla təmin edilməsi qaydaları haqqında məlumat verilib. Həmçinin, “Məişət zorakılığının qarşısının alınması” haqqında qanunun verdiyi hüquqlar, qanunda nəzərdə tutulan müdafiə mexanizmləri iştirakçılara izah edilib. Qanunvericiliklə müəyyən edilmiş hallar və hüdudlar istisna olmaqla hər kəsin şəxsi və ailə həyatına müdaxilənin yolverilməzliyi qeyd edilib. Qısamüddətli və uzunmüddətli mühafizə orderinin necə əldə edilməsi yolları vurğulanıb.

Həmçinin, məişət zorakılığına məruz qalanlar üçün yardım mərkəzləri, sığınacaqlar, zorakılığa məruz qalan şəxslərin hara və kimə müraciət edə bilmələri üçün mövcud qaynar xətlərlə bağlı iştirakçılar bilgiləndirilib. Daha sonra mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb, ehtiyacı olanlara hüquqi yardım göstərilib. 

Avropa.info    


Oxunma sayı: 3048

Oxşar yazılar