Xarkov yenə bombalandı: dəhşətli mənzərə - VİDEO

  • 14:17 - 18 Mart

Rusiya qoşunları Xarkovu atəşə tutmaqda davam edir. Raket hücumlarından birinin nəticəsində Rusiya hərbçiləri Ukrayna Prezidenti yanında Milli Dövlət İdarəçilik Akademiyasının Xarkov Regional Dövlət İdarəçilik İnstitutunun binasını dağıdıblar.

Avropa.info UNİAN-a istinadən bildirir ki, bununla bağlı təsirli video yayılıb. Yazı yerli Telegram kanalı tərəfindən dərc edilib.

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, Xarkovda martın 18-də atəşə tutulması nəticəsində ali təhsil ocağının binasına və yaşayış binalarına ziyan dəyib. Ölən və yaralananlar var.

Altı mərtəbəli tədris binasının dağıdıldığı qeyd edilsə də, hansı müəssisənin olduğu barədə məlumat verilmir.

"Bir nəfər ölüb, 11 nəfər yaralanıb, bir nəfər dağıntılar altındadır. İki yaşayış binasında yanğın söndürülüb. Məlumat dəqiqləşdirilir", - məlumatda deyilir.


Oxunma sayı: 3477

Oxşar yazılar