Vətən Müharibəsi Qəhrəmanının qızından təsirli çıxış - VİDEO

  • 16:42 - 18 Mart

Vətən müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin qızı Pəri Nudirəliyeva təsirli çıxışı ilə izləyənləri kövrəldib.

Avropa.info "qafqazinfo"ya istinadən xəbər verir ki, Nərimanov rayonunda keçirilən tədbirdə çıxış edən şəhid qızı bunları deyib:

"Mənim atam çox sevdiyi Vətəni uğrunda şəhid oldu. O, Qarabağın azad olunmasını bəlkə də hər şeydən çox arzulayırdı. Təəssüf ki, bu böyük zəfəri görə bilmədi. Lakin mən Zəfər Günü ona deyə bilmədiklərimi burada səsləndirmək istərdim. Ata, mən bilirəm ki, sənin ruhun şaddır. Sənin də iştirak etdiyin bu şərəfli yolda Ali Baş Komandanımızın rəhbərliyi ilə biz qalib gəldik. Artıq Qarabağ azaddır, Şuşa azaddır. Mən fəxr edirəm ki, bu böyük zəfərdə və şərəfli işdə sənin də öz payın var. Sən həmişə istəyirdin ki, mən iqtisadçı olum. Mən sənin arzunu yerinə yetirəcəyəm. Eyni zamanda, bütün Azərbaycan gəncləri kimi cənab Prezidentin bizə olan güvən və etimadını da doğruldacağam".


Oxunma sayı: 3081

Oxşar yazılar