Rusiyaya qarşı rekord sayda sanksiyalar tətbiq edilib – Lavrov ŞOK RƏQƏMLƏR AÇIQLADI

  • 16:25 - 18 Mart

Qərb Rusiyaya qarşı sanksiyaları artıracaq, lakin ölkə buna öyrəşib. 

Avropa.info xəbər verir ki, bunu “Russia Today” telekanalına müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. 

“Sanksiya təzyiqləri davam edəcək. Onlar indi məhdudiyyətlərin beşinci dalğası ilə hədələyirlər, ondan sonra başqa bir dalğa ola bilər. Biz buna öyrəşmişik”, - deyə nazir bildirib. 

Lavrovun sözlərinə görə, Rusiyaya qarşı rekord sayda fərdi sanksiyalar tətbiq edilib - 5 min. 

Bundan əlavə, Qərb ölkələri Rusiyanı marginallaşdırmağa və onun inkişafını dayandırmağa çalışırlar, indi Qərbdən görünməmiş təzyiqlər var, Rusiya XİN rəhbəri vurğulayıb.


Oxunma sayı: 2982

Oxşar yazılar