London "Russia Today" telekanalının lisenziyasını ləğv ETDİ

  • 16:08 - 18 Mart

Britaniyanın media tənzimləyicisi "Ofcom" "Russia Today"in (RT) Böyük Britaniyada yayım lisenziyasını ləğv edib. 

Avropa.info-nun məlumatına görə, "Ofcom" bildirib ki, qərarda Ukraynada müharibəyə başlayan Rusiya hakimiyyətinin RT-nin maliyyələşdirilməsi də daxil olmaqla "bir sıra faktorlar" nəzərə alınıb.

"Ofcom"un qərarı telekanalın Rusiyanın Ukraynaya hücumunu işıqlandırması və RT-nin yayımlarının qərəzsizliyi ilə bağlı apardığı 29 araşdırmadan sonra verilib. 

Açıqlamada deyilir ki, "Ofcom" Böyük Britaniyanın yayım tənzimləmə rejiminə tamaşaçıların inamını və ictimai etimadı qorumağa böyük əhəmiyyət verir. Bununla belə, mövcud şəraitdə RT-nin fəaliyyətinin hazırkı şəraitdə qənaətbəxş olmadığına qərar verilib. 

“Bununla əlaqədar olaraq, "Ofcom" RT-nin yayım lisenziyasını dərhal ləğv edir”, - məlumatda deyilir.


Oxunma sayı: 2817

Oxşar yazılar