Kremlin içində həbslər başladı: Yüksək rütbəli kəşfiyyatçılar gözaltına alındı – FOTO

  • 15:52 - 18 Mart

Rusiyanın Ukraynaya müdaxiləsinin 23-cü günündə qarşıdurmaların davam etməsi ilə Moskvada “günah keçisi ovu”nun başladığı iddia edilib. Müstəqil təşkilatların iddialarına görə, çoxlu sayda hərbçi və kəşfiyyatçı saxlanılıb.

Avropa.info xəbər verir ki, Araşdırmaçı jurnalistika platforması "Bellingcat"a danışan mənbələr Rusiya Milli Qvardiyasının rəis müavini general Roman Qavrilovun dünən kəşfiyyat bölmələri tərəfindən saxlanıldığını açıqlayıb. İddianı irəli sürən mənbələr Qavrilovun Kremlin hərbi əməliyyatı ilə bağlı məlumatları sızdırmaqda ittiham edilərək saxlanıldığını bildirib.

Digər tərəfdən, Qavrilovun saxlanması ilə bağlı oxşar iddia başqa mənbədən gəlib. Ölkədən qaçan rusiyalı dissident Vladimir Osechkin sosial şəbəkədə 46 yaşlı Qavrilovun çox sayda rus əsgərinin həyatını itirməsindən sonra saxlanıldığını açıqlayıb. Bütün səlahiyyətlərindən məhrum edilən Qavrilovun sonradan azadlığa buraxıldığı da iddia edilib. 

Roman Gavrilov

Lakin Putinin “Vahid Rusiya” partiyasından olan deputatı Aleksandr Xinşteyn ittihamları rədd edərək, Qavrilovla görüşdüyünü deyib. 

2016-cı ildə yaradılan Rusiya Milli Qvardiyası 400 min əsgərdən ibarətdir.

Digər tərəfdən İngiltərənin "The Times" qəzeti digər rəsmilərin də saxlanıldığını iddia edib. Qəzet yazıb ki, yüksək rütbəli kəşfiyyatçı və onun köməkçisi ötən həftə “Ukraynaya müdaxilədən əvvəl Kremlə etibarlı məlumat vermədikləri” əsası ilə ev dustaqlığına buraxılıb. 

Qəzet Rusiya kəşfiyyat bölməsinin xarici kəşfiyyat şöbəsinə rəhbərlik edən Sergey Beseda və onun müavini Antoli Bolyuxun saxlanıldığını yazıb. 

"Agentura" araşdırmaçı jurnalistika platformasının təsisçisi Andrey Soldatov "The Times"a danışarkən deyib: "Bu həbslər Putinin təhlükəsizlik qüvvələrinə qəzəbindən xəbər verir. Putin, nəhayət ki, səhv etdiyini anladı".


Oxunma sayı: 3235

Oxşar yazılar