Çanaqqala Zəfərinin 107-ci ildönümü: Ərdoğandan tarixi gündə ÖNƏMLİ AÇIQLAMALAR – VİDEO

  • 13:42 - 18 Mart

Çanaqqala qəhrəmanlarının şücaəti əsrlərlə yaşayacaq. Avropa.info xəbər verir ki, bu barədə cümə günü Çanaqqala döyüşündəki qələbənin 107-ci ildönümünə həsr olunmuş bayram tədbirinin iştirakçıları məlumat veriblər. 

Hökumət üzvləri, siyasətçilər, hərbçilər, ictimaiyyət nümayəndələri 1915-ci il döyüşü iştirakçılarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. 

Türkiyənin dövlət himni səsləndirilib. 

Prezident Rəcəb Tayyib Ərdoğan tarixi döyüş qəhrəmanlarının abidəsi önünə əklil qoyub. 

Tədbirdə  çıxış edən Türkiyə Prezidenti bunları deyib:

"Tariximizin ən şanlı səhifələrindən biri olan Çanaqqala Dəniz Zəfərinin 107-ci ildönümünü təbrik edirəm. Müstəqilliyinə aşiq, ölümü riskə atan bir xalq 107 il əvvəl burada tarixin axarını dəyişdi. 

Göründü ki, canı bahasına vətənini, azadlığını qorumaq əzmində olan bir xalqın qarşısında dayana biləcək güc və silah yoxdur. 18 Mart Çanaqqala Zəfəri təkcə bizim qələbəmiz deyil, Balkanlardan Afrikaya, Avropadan Asiyaya qədər yüz milyonlarla qardaşımızın birgə qələbəsidir.


Oxunma sayı: 6777

Oxşar yazılar