Türkiyə Çanaqqala Zəfərinin qəhrəmanlarını anır – FOTO

  • 11:15 - 18 Mart

Martın 18-də Türkiyə Birinci Dünya Müharibəsinin ən böyük və ən qanlı döyüşlərindən biri olan Çanaqqala döyüşündəki qələbənin 107-ci ildönümünü qeyd edir. 

Avropa.info xəbər verir ki, Gelibolu yarımadasındakı tarixi qələbənin ildönümü ilə bağlı tədbirdə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, ölkənin aparıcı müxalif qüvvələrindən biri - Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı iştirak edəcəklər. 



Həmçinin Türkiyə Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərin Çanaqqala boğazından keçidi və Türkiyə Hərbi Hava Qüvvələrinin aviasiya qrupunun nümayiş uçuşu baş tutacaq. 



Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün işğalçılar üzərində tarixi qələbə şərəfinə Çanaqqala boğazı üzərindən “Çanaqqala-2015” adlanan asma körpünün açılışında iştirak edəcək. 

Birinci Dünya Müharibəsi illərində Mustafa Kamal Atatürkün Antanta qoşunlarını Çanaqqala boğazını keçilməz kimi tanımağa məcbur etdiyi Çanaqqala uğrunda döyüşdə türk qoşunlarının qəhrəmancasına qarşıdurmasının bütün dünya şahidi oldu. 

Çanaqqaladakı Gelibolu yarımadasındakı döyüş həm quruda, həm də dənizdə gedirdi.

Dəniz döyüşləri 1915-ci il fevralın 19-dan martın 18-dək davam edib. 

Quru döyüşlərində savaş 1915-ci il aprelin 25-dən 1916-cı il yanvarın 9-dək davam edib. 

Bu döyüş türk tarixinin ən qanlı döyüşlərindən biri hesab olunur.


Oxunma sayı: 5523

Oxşar yazılar