Rusiya bombardımanı altındakı Mariupoldan ACI XƏBƏR: Şəhərin 90 faizi YOX EDİLDİ - DƏHŞƏTLİ FOTOLAR

  • 00:05 - 18 Mart

Fevralın 24-də Rusiyanın Ukraynaya hücumu ilə başlayan savaş 22 gündür ki, davam edir.

Avropa.info xəbər verir ki, Rusiyanın bombardmanları altında olan Mariupol şəhərindəki dağıntıların çox böyük olduğu bildirilir.

Mariopol merinin müavini Sergey Orlov bildirib ki, hücumlar nəticəsində şəhərin 90 faizi yox edilib.

"Polislərimizi vururlar, yanacaqımız tükənir. Zavodlar işləmir, metal zavodu tamamilə dağılıb. Ruslar şəhərin 90 faizini yox edib", - deyə Orlov bildirib.


Oxunma sayı: 12145

Oxşar yazılar