SON DƏQİQƏ: Ərdoğanla Putin arasında TƏCİLİ telefon danışığı - Rəsmi Ankara Putin və Zelenskini Türkiyəyə DƏVƏT ETDİ

  • 18:51 - 17 Mart

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Avropa.info xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən yayılan açıqlamada, telefon danışığı zamanı Rusiya-Ukrayna müharibəsi ilə bağlı son hadisələr və humanitar vəziyyət müzakirə edilib.

Prezident Ərdoğan görüşdə bildirib ki, Türkiyə Rusiya ilə Ukrayna arasında sülhün təmin olunması üçün ilk gündən göstərdiyi səmimi yanaşmanı davam etdirir.

Daimi atəşkəs elan olunarsa, uzunmüddətli həll yolunun açılacağını bildirən prezident Ərdoğan, Rusiya ilə Ukrayna arasında aparılan danışıqlardan müsbət nəticə əldə olunmasını ürəkdən arzuladığını bildirib.

Bəzi məsələlərdə konsensusa nail olmaq üçün liderlər səviyyəsində danışıqlar tələb oluna biləcəyinə diqqət çəkən prezident Ərdoğan, Rusiya prezidenti Putin və Ukrayna prezidenti Vladimir Zelenskini İstanbul və ya Ankarada qəbul etmək təklifini təkrarlayıb.

Müharibənin heç bir tərəfə fayda verməyəcəyini və diplomatiyaya fürsət verilməli olduğunu vurğulayan prezident Ərdoğan, humanitar vəziyyətin yerdə müşahidə edilməsi, humanitar dəhlizlərin hər iki istiqamətdə effektiv və rəvan işləməsinin vacibliyinə də diqqət çəkib.


Oxunma sayı: 13234

Oxşar yazılar