Ərdoğan İstanbuldakı qar krizinə görə İBB-ni tənqid etdi: "Öncədən tədbir görməli idiniz, bu tam bir bəsirətsizlikdir"

  • 02:04 - 27 Yanvar

"Yaşananlar tam bir bəsirətsizlikdir. Mən də keçmişdə İBB başqanı oldum. Harda nə var, necə gedilir, bilən bir adamam.Duzsuz yollarda nəqliyyat vasitələri kilometrlərlə növbə yaradırsa, bunun sorumlusu var."

Avropa.info xəbər verir ki, bunu İstanbulda qar yağması nəticəsində yaranan krizdən danışarkən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Ərdoğan, İstanbul Böyükşəhər Bələdiyyəsini bəsirətsiz adlandırıb.

"Mən əslində qar yağmasını bir nemət kimi görürəm. Mən bunu heç vaxt fəlakət hesab etmirəm. Həmişə yağışın yağacağını gözləmişik. İndi qar yağanda fərqli yanaşmağa başladıq. Qarın yaratdığı nəqliyyat problemlərinə qarşı lazımi tədbirləri görmək öz əlimizdədir. İstanbula yaraşmayan görüntülər ortaya çıxdı. 

Vətəndaşlarımız saatlarla yollarda qaldı. Buna lazımi yol açma işlərinin aparılmaması və duzlama işlərinin aparılmaması səbəb olub. Bu tam bir bəsirətsizlikdir. Qar yağdıqdan sonra tədbir görə bilməzsiniz. Qış mövsümünə girərkən bütün ehtiyat tədbirlərini görməlisiniz. İstanbul idarəçiliyi bacarmayanların idarəsindədir. Lakin, biz kriz vəziyyətində İstanbulu çətinlik qarşısında buraxa bilməzdik. Dərhal Daxili İşlər və Nəqliyyat nazirimizi İstanbula göndərdim. Prosesi kordinasiya etdik. Saat 03.00-a kimi işləri izlədim, nazirlərimizlə əlaqə saxladım, magistral yollarda işləri koordinasiya etdim.

Şükürlər olsun ki, hər iki nazirimiz öz qurumları ilə aktiv şəkildə çalışdılar. Maşınının benzini bitənə benzin verirdilər. Ərzaq qıtlığı olan yerlərə ərzaq aparırdılar. Amma bu hazırlıqlar daha əvvəl edilməli idi. Bələdiyyədə çalışan insanları bayıra töküb, yerinə heç İstanbulu tanımayanları gətirərsənizsə, belə çətin vəziyyətdə qalarsınız", - deyə Ərdoğan qeyd edib.

Avropa.info


Oxunma sayı: 6150

Oxşar yazılar