SON DƏQİQƏ : Türk kəşfiyyatı Hablemitoğlu sui-qəsdinin şübhəlisini Ukraynada paketləyib Türkiyəyə gətirdi -Ərdoğan AÇIQLADI

  • 00:56 - 27 Yanvar

Türkiyə Milli Istihbarat Təşkilatı (MİT) Hablemitoğlu sui-qəsdinin şübhəlisi, FETÖ-çü Nuri Gökhan Bozkırı həbs edərək Türkiyəyə gətirib.

Avropa.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NTV telekanalına müsahibəsində deyib. Ərdoğan, FETÖ haqqında kitab yazdığına görə 2002-ci ildə qətlə yetirilən tarixçi və yazar Nəcib Hablemitoğlunun qatilinin hazırda Türkiyə hüquq mühafizə orqanları qarşısında cavab verdiyini bildirib. 

Bunu indi ilk dəfə açıqlayıram. Mərhum Hablemitoğlu FETÖ-nün dövlət içindəki kadrolaşma çalışmalarından bəhs edən "Köstəbək" isimli kitabını yayınlamadan 18 dekabr 2002-ci ildə öldürülmüşdü. Milli İstihbarat Təşkilatımız uzun müddətdir bu sui-qəsdin iştirakçısı Nuri Gökhan Bozkırı izləyirdi.  

Hablemitoğlu Suikastının Üzerinden 18 Yıl Geçti - Memurlar.Net

Kəşfiyyatımız bu adamın Ukraynada gizləndiyini təsbit etdi. Bu şəxsin yaxalanıb gətirilməsi üçün Ukraynaya "bu adam ölkənizdədir, bizə verin" dedik. Bu iş müsbət nəticələndi. Onu axtarıb Ukraynada tapdıq. Hazırda Türkiyə hüquq mühafizə orqanları qarşısında cavab verir", - deyə Ərdoğan qeyd edib. 

Xatırladaq ki, Nəcib Hablemitoğlu 2002-ci ildə evinin qarşısında qətlə yetirilib.

Avropa.info


Oxunma sayı: 6975

Oxşar yazılar