ABŞ səfirliyi amerikalıları “dərhal Ukraynanı tərk etməyə” çağırıb

  • 00:21 - 27 Yanvar

ABŞ-ın Kiyevdəki səfirliyi Amerika vətəndaşlarını çətin təhlükəsizlik vəziyyəti ilə əlaqədar dərhal Ukraynanı tərk etməyi düşünməyə çağırıb.

"Rusiya tərəfindən artan hərbi əməliyyat riskini nəzərə alsaq, Ukraynada təhlükəsizlik vəziyyəti gözlənilməz olaraq qalır və onun qəfil daha da pisləşməsi riski var. ABŞ səfirliyi Ukraynadakı ABŞ vətəndaşlarını kommersiya nəqliyyat vasitələrindən istifadə etməklə və ya onların ixtiyarında olan digər mövcud olan vasitələrlə Ukraynanı dərhal tərk etməyi düşünməyə çağırır”, - “İnterfaks” bəyanatdan sitat gətirib.


Oxunma sayı: 4214

Oxşar yazılar