Türkiyənin turizm bölgəsində qar insan boyunu keçdi - FOTO

  • 22:35 - 26 Yanvar

Türkiyənin Ordu şəhərinin Akkuş rayonunda qarın hündürlüyü bəzi yerlərdə 2 metri keçib.

Rayona yağan qardan sonra maraqlı görüntülər ortaya çıxıb.

Əhəmiyyətli turizm zonalarından olan Kertil Mesire Alanında çəkilən, qarda itən şəxsin fotosu sosial mediada diqqət çəkib. İnsan boyunu keçən qarda sadəcə əlləri görünən şəxsin fotosu necə güclü qar yağmasını üzə çıxarıb.

Rayon üzrə 35 iri texnika və 65 nəfər şəxsi heyət işləri davam etdirir.

Ərazidə güclü qarın davam etdiyi bildirilir.

 


 


Oxunma sayı: 1508

Oxşar yazılar