İstanbulda qar fəlakəti yaşanarkən elit restoranda ingilis səfirlə yemək yeyən İmamoğlundan skandal açıqlama : "İngilis səfirlə yemək yeməm qarla mücadilə qədər vacibdir"

  • 19:20 - 26 Yanvar

İstanbul Böyükşəhər Bələdiyyəsi başqanı Əkrəm İmamoğlu şəhərdə qar fəlakəti yaşandığı, 10 minlərlə avtomobil və insanın küçələrdə qaldığı bir vaxtda elit restoranda İngiltərə səfiri ilə yemək yeməsindən danışıb. 

Avropa.info xəbər verir ki, İmamoğlu etirazlara əhəmiyyət vermədiyini deyib.

"Etirazlar məni maraqlandırmır. Gizli yemək deyildi. İngiltərə səfiri ilə yemək yeməm qarla mücadilə qədər önəmlidir", - deyə İmamoğlu bildirib.

Xatırladaq ki, yanvarın 24-də İstanbula yağan 40 sm-lik qar 16 milyon əhalisi olan şəhərin həyatını tamamilə iflic edib. Metralojinin öncədən xəbər verməsinə rəğmən İmamoğlunun rəhbərlik etdiyi İBB yollara lazımı qədər duz səpməməkdə, qartəmizləyən texnikanın işləməməsində ittiham olunur. İBB-nin fəaliyyətsizliyini göstərən 100-lə video da yayılıb. 10 minlərlə avtomobil və vətəndaşın küçələrdə ac-susuz saatlarla qaldığı bir vaxtda İmamoğlunun ingilis səfirlə elit restoranda yemək yeməsi etirazları daha da artırıb.

Qeyd edək ki, 2017-ci İstanbulda 120 sm qar yağmasına baxmayaraq o vaxtkı bələdiyyə başqanı mərhum Kadir Topbaş öncədən tədbirlər həyata keçirmiş və şəhərdə problem yaşanmamışdı. 

Avropa.info


Oxunma sayı: 4159

Oxşar yazılar