Fəxrəddin Altun: Türkiyə humanist miqrasiya siyasəti ilə dünyaya nümunə oldu

  • 17:28 - 26 Yanvar

Türkiyə sabitləşdirici qüvvə kimi hər zaman təkcə öz təhlükəsizliyi və sabitliyi üçün deyil, həm də regionun təhlükəsizliyi və sabitliyi üçün mübarizə aparıb. Türkiyə realist və humanist miqrasiya siyasəti ilə dünyaya nümunə oldu. 

Avropa.info xəbər verir ki, bu sözləri çərşənbə günü Ankarada keçirilən “Miqrasiya və media” seminarının açılış mərasimində Prezident Administrasiyası yanında Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib. 

Altun ötən əsrin dünyada böyük dəyişikliklərlə yadda qaldığına diqqət çəkib. 

Onun sözlərinə görə, bu müddət ərzində dünya beynəlxalq güc balansını dəyişdirən, eyni zamanda beynəlxalq sistemə münasibətdə qaydaların, norma və davranış nümunələrinin təsirini və əhəmiyyətini zəiflədən çoxsaylı müharibə və böhranlarla üzləşib. 

Altun miqrasiya və qaçqınları bu gün dünyanın üzləşdiyi ən mühüm problemlərdən biri adlandırıb.

“Dünya elə bir dövr yaşayır ki, problemlər yerli xarakter daşımaqdan çıxıb, beynəlxalq əhəmiyyət kəsb edir. Belə bir şəraitdə Türkiyə ağır humanitar və siyasi böhranlar yaşayan, maneələrlə dolu bir coğrafiyada var olmaq üçün mübarizə aparır, böyüyür və inkişaf edir. Bölgəmizdə xüsusilə 2010-cu ildən sonra baş verən hadisələr parçalanmış dövlətlərin yaranmasına, terrorun yayılmasına və qlobal miqrant və qaçqın probleminin yaranmasına gətirib çıxarıb”, - deyə Altun vurğulayıb. 

Onun sözlərinə görə, Türkiyə təkcə öz təhlükəsizliyi və sabitliyi üçün deyil, bütün region ölkələrinin təhlükəsizliyi və sabitliyi üçün döyüş meydanında və danışıqlar masası arxasında vuruşur:

“Bu müddət ərzində Türkiyə ciddi uğurlara imza atıb. O, realist və humanist miqrasiya siyasəti ilə dünyaya nümunə oldu”. 

"Bu gün bütün dünya miqrasiya problemi ilə üzləşib, lakin bunun ən ciddi təsirini Türkiyə hiss edib", - deyə Altun bildirib.


Oxunma sayı: 1640

Oxşar yazılar