Polşa miqrasiya axınına qarşı: Belarusla sərhəddə divar tikməyə başladı

  • 17:23 - 26 Yanvar

Polşa arzuolunmaz miqrasiya axınının qarşısını almaq üçün Belarusla sərhəddə divar tikməyə başlayıb. 

Avropa.info xəbər verir ki, bu barədə Polşa sərhəd xidməti bildirib.

"Polşa-Belarus sərhədi boyunca 186 km uzunluğunda divarın tikintisinə başlanılıb və bu, iyunun sonunadək başa çatdırılmalıdır", -  deyə məlumatda qeyd olunur.

Sərhəd xidməti onu da bildirib ki, ilin əvvəlindən 800-dən çox insan Polşa sərhədini qanunsuz keçməyə cəhd edib və bu rəqəmin artacağı gözlənilir. 

Məftil əsasında tikiləcək divarın hündürlüyü 5,5 metr olacaq. Divar üçün 50 ton polad tələb olunacaq, ən son elektron cihazlar və kameralarla təchiz olunacaq, 22 nəzarət-buraxılış məntəqəsi olacaq. 

Polşa-Belarus sərhədi boyunca tikiləcək divarın həm Polşaya, həm də Avropaya qeyri-qanuni miqrasiya axınının azaldılması gözlənilir. 

2021-ci ilin noyabrında Belarus-Polşa sərhədində miqrasiya böhranı gücləndi. Əksəriyyəti İraq və Suriyadan olan miqrantlar daha yaxşı həyat axtarışında Polşadan keçərək Avropaya getməyə çalışaraq sərhəddə toplaşıblar. İnsanlar Polşa ilə sərhəddə meşəlik ərazidə düşərgə salıb, daha sonra Belarus hakimiyyəti tərəfindən təchiz edilmiş qapalı əraziyə köçüblər.


Oxunma sayı: 5963

Oxşar yazılar