Navalnının qardaşı axtarışa verildi

  • 17:23 - 26 Yanvar

Rusiya Daxili İşlər Nazirliyi Rusiyanın müxalifət lideri Aleksey Navalnının qardaşı Oleq Navalnını federal axtarışa verib. 

Avropa.info-nun məlumatına görə, Oleq Navalnının vəkili Nikas Paraskevov xatırladıb ki, müvəkkili daha əvvəl bir il şərti cəzaya məhkum edilib. 

Onun sözlərinə görə, Navalnı müvafiq cəza şərtlərinə əməl etmədiyi üçün axtarışda olub. 

1983-cü il təvəllüdlü Oleq Navalnı 2021-ci ilin avqustunda Moskvanın Preobrajenski Məhkəməsi tərəfindən sosial şəbəkələrdə Rusiya vətəndaşlarını icazəsiz nümayişlərə çağıran yazılar dərc etdiyinə görə bir il şərti cəzaya məhkum edilib. 

Rusiyanın Federal Penitensiar Xidməti Navalnının müvafiq şərtlərə əməl etmədiyini əsas gətirərək onun cəzasını real həbs cəzası ilə əvəz etmək üçün məhkəməyə müraciət edib. 

İşə Moskvanın Lyublinski Rayon Məhkəməsində baxılacaq. 

Bu arada Aleksey Navalnının özü də bir gün əvvəl Rusiyada terrorçu və ekstremistlər siyahısına salınıb.


Oxunma sayı: 2905

Oxşar yazılar