Bakıda hündürmərtəbəli binada güclü yanğın: insanlar təxliyyə edildi - FOTO

  • 15:39 - 26 Yanvar

Bakının Nərimanov Rayonunda hündürmərtəbəli binasında yanğın başlayıb.

Avropa.info manset.az-a istinadən bildirir ki, hadisə yerinə FHN-nin çoxlu sayda yanğınsöndürmə briqadaları cəlb olunub. Binada olan insanlar təxliyyə edilib.

Fövqəladə Hallar Nazirliyi Bakıda çoxmərtəbəli yaşayış binasındakı yanğınla bağlı məlumat yayıb. 

Bakının Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi 61 ünvanında çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürülüb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çoxmərtəbəli yaşayış binasındakı yanğını söndürüb.

 


Oxunma sayı: 2245

Oxşar yazılar