Türkiyə regionda hüquq və maraqlarını müdafiə etməyə davam edəcək - Şentop

  • 13:52 - 26 Yanvar

Türkiyənin müdafiə etdiyi və ya onlara haqq irəli sürmək hüququna malik olduğu sərhədlər 28 yanvar 1920-ci ildə Misak-ı Milli (Milli Pakt) kimi tanınan bir sənəd çərçivəsində müəyyən edilmişdir. 

Avropa.info xəbər verir ki, bunu “Anadolu” agentliyinə Türkiyə parlamentinin sədri Mustafa Şentop deyib. 

Onun sözlərinə görə, Türkiyə hələ də ölkənin suverenliyinə və milli dəyərlərinə qəsd cəhdlərinə qarşı mübarizə aparır. “Biz 102 il əvvəl elan edilmiş Milli Paktın məqsədlərinə və ruhuna sadiqik”, - deyə Şentop bildirib. 

Natiq qapalı iclasda 1920-ci il fevralın 17-də elan edilmiş məşhur sənədi yekdilliklə dəstəkləyən Osmanlı parlamentinin (Məclis-i Mebusan) sonuncu çağırış deputatlarının cəsarətini və iradəsini yüksək qiymətləndirib. 

TBMM sədri xatırladıb ki, məhz Milli Pakt gələcək Türkiyə Cümhuriyyətinin sərhədlərini ilk dəfə müəyyən edib. 

O qeyd edib ki, müasir Türkiyə sərhədlərindən çox-çox kənarda təhdidləri neytrallaşdırmaq üçün kifayət qədər gücə malikdir. "Biz bu günün reallıqlarını yaxşı bilirik və eyni zamanda beynəlxalq hüquq çərçivəsində Türkiyənin hüquq və mənafelərini sona qədər müdafiə etmək əzmindəyik", - deyə parlament sədri əmin edib. 

Şentopun fikrincə, bu sənəd türk xalqının milli azadlıq mübarizəsinin əsaslarını və yollarını bütün dünyaya bəyan etsə də, xalq üçün “Azadlıq Bəyannaməsi”nə çevrilsə də, Milli Paktın əsl tarixi əhəmiyyəti bu günə qədər reallaşmayıb. 

Parlament sədri Misak-i Millinin Əlcəzairdən Hindistana qədər dünyanın bir çox yerlərində imperialistlər tərəfindən əzilən digər xalqlar üçün də örnək olduğunu sözlərinə əlavə edib.


Oxunma sayı: 2762

Oxşar yazılar