Rusiya səfiri Azərbaycanla sərhədin bağlanmasından danışdı

  • 16:38 - 26 Yanvar

Azərbaycanla Rusiya arasındakı quru sərhədi iki ölkənin əməliyyat qərargahları tərəfindən verilmiş qərara əsasən bağlanıb, nə vaxt açılacağına dair fikir söyləmək hələ tezdir.

Avropa.info "report"a istinadən xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında bildirib.

Səfir deyib ki, bununla bağlı təyyarə ilə sərnişindaşımalarında artım baş verib: “Hazırda Rusiyanın 9 təyyarə şirkəti hər həftə müxtəlif şəhərlərdən Bakıya uçuşlar həyata keçirir. Həmçinin bəzi şirkətlər Azərbaycanın başqa şəhərlərinə uçuşla bağlı müraciət edib”.

O, bundan əlavə, Xəzər dənizində gəmilərlə turizm səfərlərinin də nəzərdə tutulduğunu diqqətə çatdırıb.


Oxunma sayı: 2157

Oxşar yazılar