Paşinyan koronavirusa YOLUXDU

  • 12:54 - 26 Yanvar

Ermənistanın Baş naziri Nikol Paşinyan koronavirusa yoluxub.

Avropa.info xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

"Baş nazir Nikol Paşinyan koronavirus testindən keçib, nəticəsi müsbət olub. Baş nazir müəyyən olunmuş qaydada özünü təcrid edib, xəstəlik simptomsuz davam edir", - məlumatda deyilir. 

Qeyd olunur ki, hökumət başçısı distant rejimdə işləyəcək. 

Xatırladaq ki, Paşinyan ötən ilin iyununda da COVID-19-a yoluxmuşdu.


Oxunma sayı: 2762

Oxşar yazılar