Azərbaycan və İran hərbi əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər

  • 12:43 - 26 Yanvar

İranda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri Zakir Həsənov bu ölkənin müdafiə və silahlı qüvvələrə dəstək naziri, general-mayor Məhəmmədrza Gerai Aştiani ilə görüşüb. 

Avropa.info bildirir ki, İran Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Həsənov və Aştiani təhlükəsizlik məsələlərini, hərbi əməkdaşlığın inkişaf perspektivlərini, eləcə də regional prosesləri müzakirə ediblər. 

Görüşdə Z.Həsənov Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə İrana minnətdarlığını bildirib və ikitərəfli əlaqələrin inkişafının vacibliyini qeyd edib. 

Həsənov İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini Azərbaycana rəsmi səfərə dəvət edib. 

Aştiani də öz növbəsində İran və Azərbaycanın tarixi və mədəni əlaqələrinin olduğunu vurğulayıb və ikitərəfli əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsinin vacibliyinə işarə edib. 

İran hərbi və təhlükəsizlik sahələrində ikitərəfli əlaqələrin inkişafı və dərinləşməsinə böyük əhəmiyyət verir. 

Onun sözlərinə görə, iki ölkə öz geosiyasi xüsusiyyətlərinə görə bütün sahələrdə əlaqələri inkişaf etdirmək potensialına malikdir. 

İranın Müdafiə Nazirliyi Həsənovun səfərinin müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın artırılması məqsədilə edildiyini vurğulayıb.


Oxunma sayı: 1618

Oxşar yazılar