Sabahdan məktəbəhazırlıq qruplarının qış tətili BAŞLAYIR

  • 15:00 - 26 Yanvar

Sabahdan ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında qış tətili günləri başlayacaq.

Bu barədə Təhsil Nazirliyindən Avropa.info-ya məlumat verilib.

Qeyd edilib ki, Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında 24 fevral 2020-ci il tarixli 66 nömrəli qərarının 2.2.1, 2.2.2 və 2.5.2-ci bəndlərinə əsasən, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 27-31 yanvar tarixlərində qış tətili günləridir.


Oxunma sayı: 2113

Oxşar yazılar