Cəbrayılda daha bir erməni hərbçinin meyiti tapıldı

  • 12:22 - 26 Yanvar

İşğaldan azad olunan ərazidə daha bir erməni hərbçisinin meyiti aşkarlanıb.

Avropa.info xəbər verir ki, bunu Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov deyib.

O bildirib ki, erməni hərbçisinin meyiti dünən axşam saatlarında işğaldan azad olunan Cəbrayıl rayonu ərazisində aşkarlanıb.

"Azərbaycan, rus və ermənilərdən ibarət axtarış qrupunun keçirdiyi əməlliyyat-axtarışlar zamanı meyit aşkar edilib. Meyit Ermənistana təhvil verilib", - Ə.Şahidov qeyd edib.


Oxunma sayı: 3026

Oxşar yazılar