Liviyanın səhiyyə naziri həbs edildi

  • 14:12 - 26 Yanvar

Liviyanın səhiyyə naziri Əli Əz-Zinati ölkənin paytaxtı Tripolidəki Mitiqa beynəlxalq hava limanında saxlanılıb. 

Avropa.info xəbər verir ki, bu barədə Liviyanın "Libya Review" xəbər saytı məlumat yayıb. 

Nazir “ölkə xəstəxanaları üçün oksigen balonlarının alınması və quraşdırılmasında korrupsiya əməlində” ittiham olunur. 

Yerli media Liviya Baş Prokurorluğunun Az-Zinatinin ölkədən çıxışına qadağa qoyduğunu göstərən sənədləri də dərc edib. 

Həbslə bağlı hakimiyyətdən hələlik heç bir açıqlama daxil olmayıb. 

Mitiqa hava limanı Liviya Milli Birlik Hökumətinin nəzarəti altındadır.


Oxunma sayı: 2685

Oxşar yazılar