Türkiyənin termal turizm mərkəzləri: Ötən il Yalova kurortlarına 500 minə yaxın insan gəlib – FOTO

  • 11:55 - 26 Yanvar

Türkiyənin termal turizm mərkəzlərindən biri olan Yalovanın sanatoriya-kurort obyektlərində 2021-ci ildə 500 minə yaxın turist istirahət edib. 

Avropa.info bildirir ki, Yalova yerli və xarici turistlərə bütün il boyu termal kurortlarda dincəlmək imkanı təqdim edir. 

Buraya təbiət qoynunda vaxt keçirməyə üstünlük verən turistlər gəlir. 

Şəhərdə 5000 çarpayılıq 17 mehmanxana var ki, bu obyektlərin hamısı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən sertifikatlaşdırılıb, o cümlədən mehmanxana kompleksləri üçün yerli bələdiyyədən icazə alınıb . 

Hətta Roma, Bizans və Osmanlı dövründə də Yalova müalicəvi termal suları ilə diqqət çəkib.

COVID-19 pandemiyasına baxmayaraq, kurort zonası 2021-ci ildə təxminən yarım milyon turist, o cümlədən ABŞ, Almaniya, İran, İordaniya, Rusiya, Portuqaliya, İsveçrə, Şri-Lanka və Yunanıstan kimi ölkələrdən 120 minə yaxın xarici turist qəbul edib. 

Turizm Nazirliyinə bağlı Yalova Termal Bulaqları İdarəsinin müdir müavini Ümit Gürbüzoğlu "Anadolu" agentliyinə bildirib ki, ən çox turist axını Rusiyadandır. 

Onun sözlərinə görə, Rusiyadan qonaqlar adətən sentyabrın sonunda və ya mayın sonunda bir günlük gəlir və ya gecələyirlər. 

“Onlar burada havanı və suyu çox sevirlər. Gün ərzində İstanbuldan çoxları gəlir. Turistlər təbiət qoynunda gəzintiyə çıxır və ya termal hovuzlarda çimirlər. Bir çox turist gecələyir. Havanın onlar üçün yaxşı olduğu deyilir. Orada çoxlu oksigen var, turistlər də suyun temperaturunu bəyənirlər. Avropadan - Almaniyadan, Fransadan, İsveçrədən çoxlu qonaqlar var”, - deyə o əlavə edib. 

Gürbüzoğlunun sözlərinə görə, ötən il Yalovaya bir günlük (gecələmədən) 385 min turist gəlib. 

“Terma City Hotel”in baş direktoru Altuğ Çiloğlu deyir ki, kompleks açılış günündən ərəb ölkələrindən gələn qonaqların çoxunu qəbul edib. 

Otel "Karaderili" şirkətlər qrupuna aiddir və 2200 çarpayılıqdır. 

Onun sözlərinə görə, oteldə Rusiya, Ukrayna və Rumıniyadan olan turistlər də dincəlib. 

“Avropa ölkələrindən də qonaqlar var. Yalovada çox qiymətli bir qaynağımız var. Biz bu sərvəti uğurla “satmaq” üçün çox çalışırıq”, o əlavə edib.


Oxunma sayı: 6128

Oxşar yazılar