İstanbul Hava Limanı güclü qardan sonra normal fəaliyyətinə qayıdır

  • 11:49 - 26 Yanvar

Çərşənbə günü İstanbul Hava Limanından saat 13.00-a qədər 131 reys (gediş-gəliş) planlaşdırılır. 

Avropa.info xəbər verir ki, bu barədə Türkiyənin mülki aviasiyasının flaqmanı olan Türk Hava Yollarının baş direktoru Bilal Ekşi "Tvitter" səhifəsində məlumat verib. 

Onun sözlərinə görə, hava limanında uçuşlar mərhələli şəkildə həyata keçirilməyə başlayıb. 

“Saat 07:00-dan 13:00-a qədər (gəlmə və gediş) 131 reys nəzərdə tutulub. Zəhmət olmazsa, hava limanına çatmazdan əvvəl saytımızda uçuşunuzun statusunu yoxlayın”, – Ekşi yazıb. 

Türk Hava Yolları sərnişinləri üçün uçuş məlumatlarını https://www.turkishairlines.com/tr-tr/istanbulda-yasanan-hava-muhalefeti linkinə daxil olaraq əldə etmək mümkündür. 

Xatırladaq ki, əvvəllər güclü qar yağması səbəbindən uçuşlar dayandırılmışdı.


Oxunma sayı: 7063

Oxşar yazılar