Yoluxma kəskin artdı: Vaksin olunmayanlara qadağalar tətbiq ediləcək? - VİDEO

  • 13:40 - 26 Yanvar

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına gündəlik yoluxma sayı 2500-ə yüksəlib. Sutka ərzində analiz nümunələri müsbət çıxan 13 nəfər isə həyatını itirib.

Avropa.info xəbər verir ki, ölkədə Omikron ştamının sürətlə yayılması və yoluxanların sayının ötən günlərlə müqayisədə iki dəfə çoxalması karantin qaydalarının yenidən sərtləşdirilməsini gündəmə gətirib.

Məsələ münasibət bildirən həkim Elvin Hüseynov "ARB24"ə bildirib ki, vaksinasiya olunmayan şəxslərə qarşı məhdudiyyətlərin tətbiq edilməsi daha məqsəduyğun olardı: "Azərbaycanda peyvənd olunmayan şəxslərə qarşı müəyyən məhdudiyyətlər qoyulmalıdır ki, vaksinasiya olunanların sayı artsın və yoluxma azalsın".


Oxunma sayı: 2432

Oxşar yazılar