ABŞ Ukraynaya qoşun yeridəcək? – Ağ Evdən AÇIQLAMA

  • 11:49 - 26 Yanvar

ABŞ prezidenti Cozef Bayden Ukraynaya qoşun yeritmək fikrində deyil. Qoşunların yerləşdirilməsi ilə bağlı istənilən qərar NATO ilə birgə qəbul ediləcək. 

Avropa.info xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cennifer Psaki keçirdiyi brifinqdə deyib. 

“Prezidentin Ukraynaya qoşun yeritmək niyyəti, marağı, arzusu yoxdur. NATO “şərq cinahında” tərəfdaşlarımıza və ölkələrə dəstək olmaq üçün yaradılıb və diqqətimizi burada cəmləyirik”, - Psaki bildirib. 

O, əlavə edib ki, əvvəllər həyəcan vəziyyətinə gətirilən 8500 ABŞ əsgərinin sonda “şərq cinahına” yerləşdirilib-yerləşdirilməsi ilə bağlı qərar NATO tərəfdaşları ilə birgə veriləcək.


Oxunma sayı: 2498

Oxşar yazılar