Kiyev beynəlxalq ictimaiyyəti Moskvadan gələn şantaj və təhdidlərin qarşısını almağa çağırdı

  • 11:19 - 26 Yanvar

Ukrayna Ali Radası beynəlxalq ictimaiyyəti Rusiyanın şantajının qarşısını almağa və “NATO-nun genişlənməməsinə zəmanət müqabilində tammiqyaslı işğal” məsələsi ilə bağlı Moskvanın hədələrinə son qoymağa çağırıb. 

Avropa.info xəbər verir ki, müvafiq çağırış Ukrayna parlamentinin çərşənbə axşamı keçirilən iclasda iştirak edən 319 deputatdan 282-nin lehinə səs verdiyi bəyanatda yer alıb. 

Ali Rada BMT-yə, Avropa Parlamentinə, xarici dövlətlərin hökumət və parlamentlərinə, beynəlxalq təşkilatların parlament assambleyalarına Moskvanın Ukraynanın ərazi bütövlüyü və suverenliyinə yönəlmiş hərəkətlərini pisləmək xahişi ilə müraciət edib. 

Həmçinin, Ukrayna parlamenti regionda vəziyyətin deeskalasiyasına və Rusiya qoşunlarının Ukrayna sərhədlərindən çıxarılmasına kömək etmək üçün bütün mümkün diplomatik rıçaqlardan istifadə etməyə çağırıb. 


Oxunma sayı: 2685

Oxşar yazılar