Antalyada beynəlxalq velosiped turu keçiriləcək

  • 09:19 - 26 Yanvar

Fevralın 10-13-də Türkiyənin “turizm paytaxtı” Antalyada Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyasına daxil olan “Tour of Antalya” veloturu keçiriləcək. 

Avropa.info xəbər verir ki, tədbirin məqsədi turizmin inkişafını təşviq etmək və diqqəti iqlim dəyişikliyinə cəlb etməkdir. 

Velosiped turu Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Antalya Valiliyi , şəhər bələdiyyəsi, Türkiyə Velosiped İdmanı Federasiyası, rayon bələdiyyələri və ictimai təşkilatların dəstəyi ilə təşkil olunacaq.  

Yarışlar Side - Antalya, Kəmər - Antalya, Aspendos - Termessos və Antalya - Antalya marşrutları üzrə dörd mərhələdə keçiriləcək. 

Antalya valisi Ersin Yazıcı çərşənbə axşamı keçirdiyi mətbuat konfransında tədbirin təşkilindən danışıb. 

Onun sözlərinə görə, Antalyada turizm fəaliyyəti ilboyu davam edir. 

Qubernator qeyd edib ki, Antalyada velosiped turlarının təşkili üçün böyük imkanlar var. 

Yazıcı Antalya rəhbərliyinin gələcəkdə Antalya turuna təşkilati dəstək verməyə hazır olduğuna əmin olub.


Oxunma sayı: 9340

Oxşar yazılar