Armen Sarkisyan istefa ərizəsini xaricdə yazıb

  • 18:22 - 25 Yanvar

Armen Sarkisyan prezident postundan istefa ərizəsini ölkə xaricində yazıb.

Bu barədə Ermənistan Prezidentinin Aparatı məlumat verib.

Bildirilib ki, Armen Sarkisyan dövlət başçısı postundan istefa ərizəsini xaricdə yazmasını müalicəsini yarımçıq qoyub, Ermənistana qayıda bilməməsi ilə əsaslandırıb.

“Armen Sarkisyan uzun illər əvvəl ağır xəstəliyə qalib gəlib və bundan sonra həmişə onun xəstəliyindən məlumatlı olan həkimlərin nəzarəti altında müayinələr keçir”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, Armen Sarkisyan yanvarın 23-də Ermənistan Prezidenti postundan istefa verib.(APA) 


Oxunma sayı: 2443

Oxşar yazılar