Paşinyan Azərbaycanla sülh sazişinin imzalanması ilə bağlı danışıqlara hazır olduğunu AÇIQLADI

  • 09:17 - 25 Yanvar

Ermənistan İrəvan və Ankara arasında danışıqların hazırkı dinamikasını saxlamaqla Türkiyənin Antalyada keçiriləcək diplomatik forumda iştirak etmək dəvətini qəbul edə bilər. 

Avropa.info xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, Ermənistan heç bir ilkin şərt olmadan Ankara ilə münasibətləri normallaşdırmağa və diplomatik əlaqələr qurmağa çalışır. 

Paşinyan Ermənistanın Azərbaycanla sülh sazişinin imzalanması ilə bağlı danışıqlara hazır olduğunu da açıqlayıb. “Belə bir saziş imzalanmalıdır, lakin ilk növbədə bu sənəd danışıqlar nəticəsində formalaşmalıdır”, - deyə o bildirib. 

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yanvarın 19-da Ermənistan nümayəndələrinin Antalyada martın 11-13-də keçiriləcək ikinci Diplomatik Foruma dəvət edildiyini açıqlayıb.


Oxunma sayı: 3411

Oxşar yazılar