Baxımsız vəziyyətdə yaşayan tənha qadın xəstəxanaya yerləşdirilib

  • 22:20 - 24 Yanvar

Ötən gün Ağsunun Ərəbmehdibəy kəndində baxımsız, kimsəsiz vəziyyətdə yaşayan Əzəmət Mikayılova Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bu barədə Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov məlumat verib.

O diqqətə çatdırıb ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinə xəbər daxil olduğu andan etibarən məsələ ilə bağlı lazımi proses başlanıb: “Vətəndaşın yaşadığı əraziyə səfər etdik. Yerində ilkin müayinə üçün əraziyə tibbi-həkim briqadası da dəvət olundu. Vətəndaş ilkin müayinəsi aparılaraq Daxili İşlər Nazirliyi, yerli icra hakimiyyəti nümayəndəsi və təcili tibbi yardım əməkdaşlarının iştirakı ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirildi. Buradan isə onun səhhətində olan problemlər nəzərə alınaraq, aidiyyəti ixtisaslı tibb müəssisəsinə göndərildi. Əzəmət Mikayılova barəsində məlumat verən və o cümlədən onunla bağlı prosesdə iştirak edən aidiyyəti qurumların əməkdaşlarına təşəkkür edirik!


Oxunma sayı: 5105

Oxşar yazılar