İranda COVID-19-a yoluxanların gündəlik artımı 7690 nəfəri ötdü

  • 17:58 - 24 Yanvar

İranda son sutka ərzində 7691 yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxma halı aşkarlanıb. 

Avropa.info xəbər verir ki, bu barədə bazar ertəsi ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. 

İranda koronavirusdan ölənlərin sayı 21 nəfər artaraq 132 251 nəfərə çatıb. 

Ötən dövr ərzində 577 COVID-19 xəstəsi xəstəxanaya yerləşdirilib. 

İranda koronavirusa yoluxanların ümumi sayı 6 milyon 258 min 181 nəfərə çatıb. 

COVID-19 diaqnozu qoyulan 7691 xəstə reanimasiya şöbələrində müalicə olunur.


Oxunma sayı: 2806

Oxşar yazılar