Türk Hava Yolları İstanbula bir sıra reysləri ləğv etdiyini açıqladı

  • 17:54 - 24 Yanvar

Türkiyənin milli aviadaşıyıcısı Türk Hava Yolları (THY) əlverişsiz hava şəraiti ilə əlaqədar İstanbula bəzi reyslərin ləğvi ilə bağlı sərnişinlərə xəbərdarlıq edib. 

Avropa.info bildirir ki, söhbət 24 yanvar bazar ertəsi İstanbul hava limanında 52, Sabiha Gökçen hava limanında isə 31 uçuşdan gedir. 

Qeyd edilib ki, hava şəraiti fonunda heç bir xoşagəlməz hadisə qeydə alınmayıb..


Oxunma sayı: 3180

Oxşar yazılar