Avropa İttifaqı Ukrayna ilə bağlı Rusiyaya xəbərdarlıq etdi

  • 17:46 - 24 Yanvar

Avropanın təhlükəsizliyi bölünməzdir. Bu məsələdə istənilən çağırış bütün Avropa ölkələrinə təsir edir. 

Avropa.info xəbər verir ki, bu barədə Avropa İttifaqə (Aİ)  Şurasının bazar ertəsi dərc olunmuş bəyanatında deyilir. 

“Aİ Şurası Rusiyanı gərginliyin səviyyəsini azaltmağa, beynəlxalq hüquq normalarına hörmət etməyə və mövcud mexanizmlər əsasında konstruktiv dialoqa çağırır”, - deyə məlumatda bildirilir. 

Bəyanatda vurğulanır ki, Ukraynaya qarşı istənilən yeni təcavüz addımı Rusiya üçün ciddi itkilərlə əlaqələndiriləcək. Diqqət Rusiya Federasiyasına qarşı yeni sanksiyalar paketinin hazırlanması üzrə gücləndirilmiş işlərə yönəldilir. 

Eyni zamanda, Ukraynanın Aİ tərəfindən dəstəyi, o cümlədən bu ölkənin suverenliyi və ərazi bütövlüyü məsələsində də vurğulanır. 

Bu arada, Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen jurnalistlərə müsahibəsində Aİ-nin ölkədəki münaqişə ilə bağlı Ukraynaya 1,2 milyard avro ayıracağını bildirib. 


Oxunma sayı: 3257

Oxşar yazılar