AZAL: İstanbul-Bakı reysi gecikir

  • 18:58 - 24 Yanvar

İstanbulda əlverişsiz hava şəraiti (güclü qar) səbəbindən AZAL-ın İstanbul-Bakı reysi gecikir.

Bu barədə AZAL-dan Avropa. info-ya bildirilib.

Hazırda reysin sərnişinləri sərnişin terminalının daxilindədir və qida və alkoqolsuz içki ilə təmin olunacaqlar.

İstanbul hava limanının icazəsi olan kimi təyyarə İstanbuldan yola düşəcək.


Oxunma sayı: 1299

Oxşar yazılar