Türkiyə və Özbəkistan birgə universitet yaradır

  • 17:59 - 24 Yanvar

Türkiyə və Özbəkistan birgə universitet yaradır. Avropa.info xəbər verir ki, bunu Daşkənddə “Türkiyə ilə Özbəkistan arasında ali təhsil sahəsində əməkdaşlıqdan gözləntilər” mövzusunda keçirilən toplantıda Ali Təhsil Şurasının (YÖK) rəhbəri Erol Özvar deyib. 

Özvar qeyd edib ki, Türkiyə Özbəkistanla ali təhsil sahəsində əlaqələrin genişləndirilməsinə önəm verir. 

Şura rəhbəri bildirib ki, bu gün Türkiyə universitetlərində 2500 özbək tələbə təhsil alır. 

Onun sözlərinə görə, müvafiq əməkdaşlıq hər iki tərəfə fayda verəcək. 

“Bu kontekstdə YÖK və Özbəkistanın Ali və Orta İxtisas Təhsili Nazirliyi türk ali təhsilinin təcrübəsini dost və qardaş Özbəkistan xalqı ilə bölüşmək üçün Özbəkistan-Türkiyə Universitetinin yaradılmasını planlaşdırır”. 

YÖK rəhbərinin sözlərinə görə, bunun sayəsində ali təhsil sahəsində ikitərəfli əlaqələr inkişaf edəcək, 

“Özbəkistana səfərimiz çərçivəsində Türkiyə ilə Özbəkistan arasında ali təhsil sahəsində yeni üfüqlər açırıq. Biz iki ölkənin dövlət başçılarının göstərişi ilə burada Özbəkistan-Türkiyə Universitetinin yaradılmasını planlaşdırırıq”, - deyə o vurğulayıb. 

Özvar əlavə edib ki, Özbəkistanla ali təhsil sahəsində əməkdaşlıq təkcə ortaq universitet yaratmaqdan ibarət deyil. YÖK rəhbəri bildirib ki, hazırkı görüş çərçivəsində iki ölkənin universitetlərinin rektorları bu sahədə mühüm əməkdaşlıq məsələlərini müzakirə edib həyata keçirəcəklər.


Oxunma sayı: 2916

Oxşar yazılar